21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan internet məkanında ən böyük bloq sistemi olan AzəriBlog uzun müzakirələrdən sonra pullu sistemə çevrilmək qərarı verdi.
AzəriBlog bu gündən etibarən illik abunə haqqı 10 manat olmaqla pullu fəaliyyətə başladı.
Belə ki, bu gündən etribarən AzeriBlog.com saytında hesab açmaq istəyən hər bir şəxs və daha öncə qeydiyyatdan keçmiş istifadəçilər bir illik istifadə üçün 10 AZN məbləğində vəsait ödəməli olacaqlar. Və 1 il vaxt bitdikdə isə ödəməni yenidən reallaşdırmalıdırlar! Əks təqdirdə hesabları bağlanacaq. Hər aktiv olan istifadəçi öz hesabına daxil olan zaman aktivlik müddətini ən üst hissədən öyrənə biləcək.
10 AZN göstərilmiş qaydalarda ödənildikdən sonra hər kəs aktivləşmiş hesabına daxil olub bloq yarada və bir il ərzində sistemin bütün funksiyalarından istifadə edə biləcək.
Ödəmə həyata keçdikdən sonra istifadəçinin elektron ünvanına onun hesabı ilə bağlı bütün məlumatlar göndəriləcək. Pul ödəməyən istifadəçilərin bloqları silinməyəcək, saytda qalacaq, sadəcə fəaliyyətlərini davam etdirə bilməyəcəklər.
AzeriBlog.com sisteminin rəhbəri Fərhad Əsgərzadə Qaynar.info-ya açıqlamasında bu addımın AzəriBlogun həm də sosial şəbəkəyə çevrilmək istiqamətində varilmiş vacib qərar adlandırdı: Tezliklə AzəriBlog-da yeni imkanlar yaradılacaq. İstifadəçilər blog imkanlarıyla yanaşı, həm də sosial şəbəkənin funksiyalarından yayrarlana biləcəklər. Yeni skriptlər, forum, daxili çat və s. üstünlükləri təqdim edəcəyik. Ümumiyyətlə, prosesin gedişatında istifadəçilərimizə sürprizlərimiz çox olacaq.