İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan əhalisi onlarla telekanala pulsuz baxa biləcək

23.12.2010 [07:28]

Fontu böyüt:      

Azərbaycanda rəqəmsal televiziya yayımına keçid prosesi tam başa çatandan sonra ölkə əhalisi heç bir əlavə qurğu və ya avadanlıqların köməyi olmadan onlarla yerli və xarici kanalları izləyə biləcək.

Azərbaycanda rəqəmsal televiziya yayımına keçid prosesi tam başa çatandan sonra ölkə əhalisi heç bir əlavə qurğu və ya avadanlıqların köməyi olmadan onlarla yerli və xarici kanalları izləyə biləcək.

Bu barədə APA-ya rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda rəqəmsal yayım ölkə ərazisinin 30-40%-ni əhatə edir, ilin sonunadək bu rəqəm 60%-ə çatacaq: “Bütün işlər başa çatandan sonra ölkə əhalisi hər hansı əlavə qurğu, peyk antennası və s.-dən istifadə etmədən 10-larla televiziya kanallarına baxa biləcək. İlikin mərhələdə Bakıda 60, rayonlarda isə 30 kanalın açıq yayımlanması nəzərdə tutulur”. Bununla yanaşı, İ.Məmmədov bildirib ki, buna televiziyaların imkanları da cavab verməlidir: “Yəni, televizorlar ya rəqəmsal olmalı, ya da analoq olsalar da, onlara rəqəmsal yayım üçün müvafiq qurğular qoşulmalıdır”. Nazir müavininin sözlərinə görə, rəqəmsal kanalların bir hissəsi pulsuz, digərləri pulla yayımlanacaq: “Digər kanallar üçün əlavə ödəniş tələb olunacaq”.

Rəqəmsal televiziyanın işə düşməsi ilə əlaqədar olaraq ölkədə yayımla məşğul olan şirkətlərə hansı kanalların pulsuz, hansılarının isə pullu yayımlana bilməsi barədə məlumat veriləcək. Ödənişsiz yayımlanacaq kanalların siyahısı rəsmi qərarla təsdiqlənəcək və bu qərar bütün yayım şirkətləri üçün məcburi olacaq. Bu məsələ ilə bağlı qərarlar Milli Teleradio Şurası ilə birlikdə qəbul olunacaq. Qeyd edəek ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən, 2015-ci ilədək bütün ölkələr rəqəmsal yayıma keçməlidir. Azərbaycanda elə indi də rəqəmsal televizorlar vasitəsilə 10 kanal izləmək mümkündür. Gələcəkdə isə bunların sayının artması gözlənilir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar