Fontu böyüt:
Bir çoxları kompüterin açma düyməsini basdıqdan sonra, sistemin tam olaraq açılmasını gözləməyə səbri çatmır. Bunu yaxşı anlayan elm adamları sistemlərin daha sürətli açılmasını təmin edəcək alternativ üsul üzərində işləyirlər.
Alınan nəticə sayəsində kompüterlərin sürətli açılması təmin olunacaq və dərhal hər cür məlumata son dərəcə sürətli çatmaq mümkün olacaq. Elm adamları alternativ üsul kimi ferroelektrikdən itifadəni göstərirlər. Gündəlik istifadə etdiyimiz bankamat və ağıllı kartlarda istifadə edilən bu üsul məlumatı sürətli almağı təmin edir.
ABŞ-ın 3 böyük universitetində illərdir ki, ferroelektrikdən funksional istifadənin yolları tədqiq edilir. Araşdırmalara əsasən, Kompüterlərdə də aşağı enerji ilə işləyə bilən ferroelektrik istifadə edən yaddaşların köməyilə sistem daha sürətli yüklənə bilər. Alimlər qısa müddətdə bu üsulu tətbiq etməyi planlaşdırırlar.