21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Microsoft və Yahoo şirkətləri ABŞ-ın internet-axtarış və reklam bazarında əməkdaşlığa dair sazişin nəticələri müəyyən edildi. Sazişin yekun şərtlərinə əsasən, Yahoo gələcək 10 il ərzində əsas axtarış sistemi kimi Microsoft Bing axtarış servisindən istifadə edəcək.
Razılaşmaya görə, Yahoo həm Microsoft-a texnoloji və əmək resursları təqdim edəcək, həm də reklamları həm özünün həm də Microsoft-un saytında yerləşdirəcək. Xatırladaq ki, Microsoft və Yahoo müqavilənin şərtlərinə yenidən baxmaq üçün əlavə vaxt istəmişdilər.
Müəyyən edilmiş nəticəyə görə, gəlirlər bölünəcək, onun böyük hissəsi isə Yahoo-nun payına düşəcək. Müqavilədən Yahoo da, Microsoft da yararlana biləcək. Yahoo internet-reklamdan davamlı gəlir əldə edəcək, Microsoft isə öz növbəsində həm gəlir, həm də internet-axtarış bazarındakı mövqeyini genişləndirə biləcək. Saziş hələ ki ABŞ-ın aidiyyəti tənzimləyici orqanları tərəfindən bəyənilməyib.