Kompüter istehsalı üzrə ixtisaslaşmış “Velocity Micro” şirkəti Windows 8 Pro Əməliyyat Sistemində işləyən ev üçün Raptor MultiPlex media-mərkəzini təqdim edib.
Kompüter istehsalı üzrə ixtisaslaşmış “Velocity Micro” şirkəti Windows 8 Pro Əməliyyat Sistemində işləyən ev üçün Raptor MultiPlex media-mərkəzini təqdim edib.
xeberler.az saytı ict.az saytına istinadən məlumat verir ki, kompüter alüminium korpusdan ibarətdir. İstehsalçı Intel Ivy Bridge aparat platformasını tətbiq edib: konfiqurasiyaya dördnüvəli 3,5 GHs tezlikli Core i7-3770K prosessoru daxil edilib. Əməli yaddaşın həcmi 16 Gb-dır.
Sistem yaddaşı qismində 1 Tb həcmli vinçester və ya 480 Gb həcminə malik sərtcisimli disk təklif edilir. Bundan əlavə, ümumi həcmi 6 Tb-dək olan 3 sərt diskin quraşdırılması da mümkündür.
Qrafiki təsvirin emalını 2 Gb yaddaşlı GeForce GTX 680 diskret sürətləndiricisi təmin edir. Media-mərkəzin dəstinə Wi-Fi və Bluetooth 4.0 simsiz rabitə adapterləri, eləcə də üç televiziya tuneri daxil edilə bilər. Həmçinin “Gigabit Ethernet” şəbəkə kontrolleri, optik qurğu (DVD və ya Blu-ray), çoxformatlı kardrider və 9.1 formatlı səs kontrolleri həmin dəstə aiddir.