Fontu böyüt:
Asus korporasiyası özlərinin ilk bambuk noutbuklarının, 29 noyabr tarixində Taybeydə keçiriləcək İT sərgidə satışa çıxarılacağını bildirib. Noutbuk Asus U6V seriyasına aiddir. 12.1 düymlük ekran və Intel Core 2 Duo prosessoru ilə təmin olunub. Əməliyyat sistemi kimi Windows Vista quraşdırılıb. Belə hesab olunur ki, bambuk gövdə plastik gövdələrə nisbətən daha az zərərlidir.
Ekoloji noutbukun dəyəri 1082 dollar olacaq. ABŞ-da və Avropada satış bir qədər gec başlanacaq. Dəqiq tarix hələ ki məlum deyil. Bambuk noutbukun üzərində 2007-ci ildən iş aparılıb.
Buna qədər Asus timsah dərisi ilə noutbuk da təqdim etmişdi.