İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Ən güclü” smartfona stansiya qoşanda noutbuka çevrilir

08.01.2011 [13:41]

Fontu böyüt:      

16,7 milyon rəng təsvir etmək imkanına malik sensor ekranlı smartfon da yaradılıb ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “CES 2011” sərgisində “Motorola Mobility” şirkəti ATRIX smartfonunu təqdim edib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ istehsalçısı yeni qurğunu “dünyanın ən güclü smartfonu” adlandırır. ATRIX 1 qiqahers tezlikli

16,7 milyon rəng təsvir etmək imkanına malik sensor ekranlı smartfon da yaradılıb

ABŞ-ın Las-Veqas şəhərində təşkil olunan “CES 2011” sərgisində “Motorola Mobility” şirkəti ATRIX smartfonunu təqdim edib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ABŞ istehsalçısı yeni qurğunu “dünyanın ən güclü smartfonu” adlandırır.

ATRIX 1 qiqahers tezlikli ikinüvəli “Nvidia Tegra 2” platforması üzərində qurulub. Telefonun 4 düyümlü və 960x540 piksel təsvir ölçülü ekranı xüsusi “Gorilla Glass” şüşəsi ilə örtülüb. 1 qiqabaytlıq operativ yaddaş, 16 qiqabaytlıq həcmli toplayıcı, microSD yaddaş kartları üçün slot, “Bluetooth”, “Wi-Fi” və GPS modulları, iki kamera (5 meqapikselli üz və VGA arxa kameraları), akselerometr, eləcə də barmaq izləri skaneri ilə təchiz edilmiş ATRIX “Android 2.2” əməliyyat sistemi ilə idarə olunur.

İstehsalçı bəyan edir ki, yeni qurğunun avtonom iş vaxtı danışıq rejimində 9 saat, gözləmə rejimində isə 11 gün təşkil edir. ATRIX-in ölçüləri 118x63,5x10 mm. çəkisi isə 135 qramdır. Qurğuya əlavə olunan aksessuarlar arasında noutbuk şəklində birləşdirici stansiya (docking station) maraq doğurur. Bu stansiyanı smartfona qoşarkən 11,6 düyümlü və QWERTY klaviaturalı noutbuk alınır. Aksessuar stereodinamiklər və 8 saatlıq avtonom iş rejimli akkumulyatorla təchiz edilib. Motorola ATRIX-in ABŞ-da satışı cari rübdə başlanacaq. Avropa bazarına isə yeni məhsul 2011-ci ilin II rübündə satışa çıxarılacaq.

Sərgidə “Sony Ericsson” şirkəti isə “Xperia Arc” adlı ən yeni “Android” smartfonunu təqdim edib. Şirkət texniki tərəqqi həvəskarlarının böyük marağına səbəb olan yeni qurğu ilə qabaqcıl smartfon bazarının müəyyən hissəsini əldə etməyi planlaşdırır. Telefonun əsas üstünlüyü onun “multitouch” texnologiyasını dəstəkləyən və 16,7 milyon rəng təsvir etmək imkanına malik sensor ekranındadır. Ekranın diaqonalı dörd düyümdən yuxarı təsvir ölçüsü isə 854x480 piksel təşkil edir. Smartfonda “Sony Bravia” televizorlarının istehsalında tətbiq olunan xüsusi Bravia engine prosessoru təsvirin aydınlığını təmin edir.

Mərkəzi prosessora gəldikdə isə, burada bu işi bir qiqahers tezlikli “Qualcomm Snapdragon” çipi yerinə yetirir. Smartfon “Android 2.3 Gingerbread” əməliyyat sistemi ilə idarə olunur. 8 meqapikselli sensorlu kamera isə işıq diod işıqlanma texnologiyası və avtofokusla təchiz olunub.
Telefon ultra-nazik korpusu ilə də fərqlənir. Onun minimal qalınlığı 8,7 millimetr, çəkisi isə 117 qram təşkil edir. “Sony Ericsson”un yeni məhsulu cari ilin birinci rübündə satışa çıxarılacaq. Böyük Britaniyada smartfon 500 funta satılacaq.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar