Fontu böyüt:
Fevralın 5-də Bakı metrosunun bəzi stansiyalarında keçid kartlarına pulun yüklənməsi üçün nəzərdə tutulan terminalların işləməməsinə səbəb onların təkrar proqramlaşdırılması olub.
Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov açıqlama verib ki, səhər saatlarında «Neftçilər» və «20 Yanvar» stansiyalarında sıxlıq yaransa da, artıq bu aradan qalxıb və terminallar əvvəlki fəaliyyətini davam etdirir.
Səhər saatlarında metropolitin ərazilərində demək olar ki, bütün pul yüklənmə terminallarında bu problem yaşanıb.
Hazırda bəzi metro stansiyalarında terminalların fəaliyyəti tam bərpa edilmədiyindən, keçid kartlarına pulu metropolitenin işçiləri yükləyirlər.
Əhali bunu, gediş haqlarının artırılması üçün bir bəhanə olduğunu düşünürdü.