Fontu böyüt:
Dilmanc maşın tərcüməsinin Azərbaycan sisteminin yaradıcı qrupunun «Set of active suffix chains and its role in development of the MT system for Azerbaijani» (“Aktiv suffikslərin toplanması və onların Azərbaycanda maşın tərcüməsi sisteminin inkişafında rolu”) mövzusunda apardığı elmi-tədqiqat işi Amerikanın nüfuzlu elektron kitabxanasına - Institute of Electrical and Electronic Engineers (IEEE) daxil edilib.
Dilmanc-dan verilən məlumata görə, layihə iştirakçısı Rauf Fətullayev bu mövzuda məruzə ilə keçən ilin oktyabrında Polşanın Visla şəhərində beynəlxalq IMCSIT-2008 sərgisində çıxış etmişdi.
IEEE 1963-cü ildə yaradılıb, standartlaşdırma sahəsində dünyada aparıcı təşkilatlardandır. Onun payına dünyanın hər yerindən kompüter elmləri, elektronika və elektrotexnika üzrə elmi işlərin 30%-i düşür.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Dilmanc maşın tərcümə sisteminin yaradıcı qrupu Maşın tərcüməsinin Avropa Assosiasiyası siyahısına salınıb. (European Assosiation for Machine Translation - EAMT - http://www.eamt.org). Eyni zamanda Dilmanc assosiasiyanın saytına da daxil edilib: http://www.eamt.org/researchgroups.php
Dilmanc tərcümə sisteminin təkmilləşdirilmiş variantı 2008-in noyabrında Rabitə və İnformasiya Texnologiyaları nazirliyi ilə BMT-nin inkişaf Proqramının (UNDP) birgə layihəsi çərçivəsində istifadəyə verilib. Hazırkı versiya Azərbaycan dilindən ingilis dilinə, ingilis dilindən Azərbaycan dilinə, türk dilindən Azərbaycan dilinə avtomatik tərcümə edir.
Dilmanc-ın lüğət bazasına 250 min söz və söz birləşməsi daxildir.
Yeni 2.5 versiyası www.dilmanc.az. saytında yerləşdirilib. Beta-versiyanı pulsuz yükləmək mümkündür.
Belə ki, proqram mükəmməl səviyyədədir və istifadəçilərin təklifləri ilə dövri olaraq yenilənir.
mənbə:1news.az