Fontu böyüt:
Yenidən şarj edilə bilər batareyalardan istifadə etmək həm daha qənaətli, həm də təbiətə daha az zərər verməmizə səbəb olur. Geniş şəkildə istifadə edilən yenidən şarj edilə bilər batareyaların ən böyük problemi isə istifadə ömürləridir.
Sony şirkəti bateriyaların uzunömürlü olması üçün yeni üsul yaradıb. Sony, batareyaların mənfi ucunu litium dəmir fosfatdan emal edərək bu problemin həllində irəliləyiş edir. Çünki bu sayədə çıxarılan batareyalar 2000 dəfə doldurulduqdan sonra belə tutumunun yalnız 20 %-ni itirir. Litium dəmir fosfatın təmin etdiyi digər bir üstünlük isə batareyaların daha sürətli dolmasıdır.
Beləcə istifadə edilərək çıxarılan batareyalar yalnız yarım saat içərisində 99% nisbətində dolmuş olur. Sony-nin yeni batareyaları əvvəlcə sənaye tipli alətlərdə istifadə ediləcək. Daha sonra məişətdə geniş yayılacaq.