İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Adnan Hacızadə: "Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən"

10.03.2011 [16:07]

Fontu böyüt:      

Bloger Adnan Hacızadə Amerikanın Səsi radiosuna müsahibə verib. O, müsahibədə bir çox məsələlərə aydınlıq gətirib. - Adnan bəy, siz həm də video bloqçusunuz. Azərbaycanda bloqçuluq sahəsində vəziyyət necədir? Sizin həbsinizdən sonra bu sahədə bir canlanma hiss edilirdi. - Bəli, bizim həbsimiz bloqçuluğa təkan verdi. Hazırda sosial şəbəkələr insanlar üçün elə asan i

Bloger Adnan Hacızadə Amerikanın Səsi radiosuna müsahibə verib. O, müsahibədə bir çox məsələlərə aydınlıq gətirib.

- Adnan bəy, siz həm də video bloqçusunuz. Azərbaycanda bloqçuluq sahəsində vəziyyət necədir?  Sizin həbsinizdən sonra bu sahədə bir canlanma hiss edilirdi.

- Bəli, bizim həbsimiz bloqçuluğa təkan verdi. Hazırda sosial şəbəkələr insanlar üçün elə asan iş rejimi yaradıb ki, artıq bloqlara o qədər də ehtiyac hiss edilmir. Facebook və Twitter şəbəkəsində səhifən varsa bloqçu sayıla bilərsən.

- İndi dünyada inqilabçı sosial şəbəkələr şüarları səslənməkdədir. Azərbaycanda sosial şəbəkələrin etiraz aksiyalarında, hökumətin fəaliyyətinə təsirdə rolunu necə görürsünüz?

- Twitteri yaradan insan zarafatla deyib ki, bu şəbəkəni yaradanda onun hansısa  təsiri olacağını ümumiyyətlə düşünməyib. Sosial şəbəkələr bir alətdir, o aləti istifadə edən insanlar lazımdır. Sırf sosial şəbəkə ilə heç nəyə, heç bir dəyişikliyə nail olmaq olmaz. Dəyişikliyi həyata keçirən insanlar lazımdır. Hələ ki, Azərbaycanda sosial şəbəkələrdən real etirazın doğuşunu görmürəm. Bu, bir sıra faktorlarla bağlıdır. Azərbaycanda internet istifadəçilərinin sayı artdıqdan, internetin sürəti artırıldıqdan, qiymətləri endirildikdən sonra bu, real görünə bilər. Xüsusi ilə, dəyişikliklər üçün insanlar lazımdır.

İnqilablar, dəyişikliklər tarixdə həmişə baş verib. Bunlar baş verən zaman nəinki sosial şəbəkələr, heç internet yox idi. 1980-ci illər inqilablarında milyonlarla insanlar iştirak edib. Eyni zamanda Avropanı və dünyanı bürüyən inqilabı hərəkətlər zamanı milyonlarla insan iştirak edib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar