Fontu böyüt:
Bu gün Kanada asteroidlərin izlənməsi üçün dünyanın ilk orbital teleskopunu fəzaya buraxacaq.
1news-ün məlumatına görə, yerətrafı obyektlərin izlənməsi üçün peyki (NEOSSat) geostasionar orbitə Benqal körfəzində eyniadlı adada yerləşən Şrixarikota kosmodromundan Hindistana məxsus raketdaşıyıcısı çıxarmalıdır.
NEOSSat – Kanadanın ilk kosmik teleskopu olmaqla, həm də orbitdə asteroidlərin aşkarlanması və izlənməsi üçün xüsusi olaraq yaradılmış dünyanın ilk teleskopudur.
Teleskop 100 dəqiqə ərzində Yer ətrafında dövrə vurmaqla hazırda digər vasitələrlə aşkarlanması mümkün olmayan asteroidləri müəyyən etmək məqsədilə günəş yaxınlığında kosmik fəzanın şəklini çəkəcək. Bundan başqa, peyk orbital tullantıların vəziyyətini də izləmək iqtidarındadır. Kanada alimləri həmçinin onun köməyi ilə elmi sınaqlar və ya faydalı qazıntılar üçün potensial platforma ola biləcək asteroidlər aşkar edəcəklərinə ümid edirlər.