İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Bakıda 7-ci İnternet İdarəçilik Forumu işə başlayıb.

07.11.2012 [17:29]

Fontu böyüt:      

Bakıda 7-ci İnternet İdarəçilik Forumu işə başlayıb. Forumda 100-dən çox ölkədən - hökuməti, beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə iştirak edir. Onlar İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə edəcəklər
Bakıda 7-ci İnternet İdarəçilik Forumu işə başlayıb.   Forumda 100-dən çox ölkədən -  hökuməti,  beynəlxalq təşkilatları, özəl sektoru, vətəndaş cəmiyyətini, İnternet həvəskarlarını və KİV-ləri təmsil edən 1500-dən çox nümayəndə iştirak edir. Onlar İnternet idarəçiliyi ilə bağlı beynəlxalq (transsərhəd) problemləri müzakirə edəcəklər

Hər il keçirilən Forumun bu ilki iclası “Bakı Expo” Sərgi və Toplantı Mərkəzində baş tutacaq və forumun əsas mövzusu belədir: “Davamlı insan, iqtisadi və  sosial inkişaf naminə İnternet idarəçiliyi”. İnkişaf naminə İnternet idarəetmə (IG4D) məsələsi 2012-ci İİF-in gündəliyində duran əsas məsələ hesab edilir. Nümayəndələr inkişafa birbaşa aidiyyəti olan qlobal səviyyədə İnternet idarəçiliyi məsələlərini və yerli, milli və beynəlxalq səviyyələrdə inkişafla bağlı yanaşmalara  İnternet idarəçiliyi məsələsinin necə daxil edilə bilməsini araşdıracaq və bununla bağlı müzakirələr aparacaqlar. Bu müzakirələr, seminarlar və debatlar İPv6 (Mühüm İnternet mənbələri) protokolunun yayılması və istifadəsi, habelə resurslara çıxış imkanı və müxtəlifliklə bağlı yeni siyasətlərlə İnternetin potensial faydalarından hər kəsin yararlanmasını necə təmin etmə kimi məsələlər üzərində qurulacaq.  

BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini cənab Vu Honqbo deyib ki, “biz hər gün texnologiyanın bəşəri, iqtisadi və sosial inkişafla bağlı göstərdiyimiz səylərə  verdiyi faydaları görürük. Əlbəttə, məhz bu texnologiya həm də bir çox problemləri meydana çıxarıb. Bu problemlər bütün maraqlı tərəflər cəlb olunmaqla əhatəli və birgə şəkildə həll edilməlidir. İnternet İdarəçilik Forumu maarifləndirmə, müzakirələrə təşəbbüs göstərmə, rəqəmsal bərabərsizliyin aradan qaldırılması yollarının müəyyən edilməsi və  siyasətin işlənib hazırlanma prosesləri  barədə məlumatların verilməsi üçün ideal bir məkandır”.

İİF çərçivəsində  keçiriləcək bir sıra seminarlarda təhlükəsizlik, şəffaflıq və toxunulmazliq məsələlərinə  –  bu əsas siyasi məqamları əlaqələndirən İİF-nin özünəməxsus perspektivinə nəzər salınacaq. Seminarların bəzilərində isə süzgəcdən keçirmə, bloklaşdırma  və fərdlərin, qrupların və ya bütünlükdə ölkələrin İnternetə çıxışını kəsmək görülən tədbirlərin təsiri  kimi məsələlər müzakirə olunacaq. Bu iclas söz azadlığının qorunması və innovasiya üzrə keçən ilki müzakirələrin davamı olacaq.  Forumda, həmçinin, İnternet vasitəsilə birləşən dünyada ənənəvi və yeni medianın, habelə peşəkar və vətəndaş jurnalistlərinin rolu araşdırılacaq.  

Bu ilki İİF-də bəzi debatlar əqli mülkiyyət hüquqları və yeni biznes modelləri, açıq hökümət məlumatları və bədbəxt hadisələrin törətdiyi fəsadların aradan qaldırılmasında İnternetdən istifadə kimi mühüm məsələlər ətrafında olacaq.  Çoxtərəfli model, İİF-nin inkişaf etdirilməsi, milli və regional İİF-lərin xüsusiyyətləri “Dəyərləndirmə və irəliyə yol” mövzusu altında digər müzakirə obyektləri olacaq.

Forumun mühüm bir mövzusu İnternet idarəçiliyi sahəsində potensialın inkişaf etdirilməsi olacaq.  İştirakçılar digər məsələlərlə yanaşı, İnternet idarəçiliyinin çoxtərəfli modelinin inkişaf etdirilməsində potensialı inkişaf etdirmə işinin əhəmiyyətini və İİF üçün xüsusilə inkişaf etməkdə olan ölkələrdən yeni maraqlı tərəfləri cəlb etmə və məlumatlandırma məqsədini daşıyan potensialı inkişaf etdirmə üzrə yaxşı təşkil olunmuş və əlaqələndirilmiş tədbirləri də əhatə etmənin mümkünlüyünü araşdıracaq.  

Siyasətləri müəyyənləşdirən dialoq İnternet Idarəçilik Forumu qərar verən orqan deyil, bu forum tərəfindən İnternetlə bağlı dövlət siyasəti məsələlərində  bütün nümayəndələrin bərabər olduğu dialoq məkanıdır. Forumun yekununda razılaşdırılmış bir nəticə əldə edilməsə də, İnternet Idarəçilik Forumu həm dövlət, həm də  özəl sektorlarda  siyəsəti müəyyənləşdirmə səlahiyyətinə malik olan tərəfləri məlumatlandırır və stimullaşdırır.  
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar