21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
ABŞ-ın Stenford Universitetinin tibb məktəbində aparılan araşdırma göstərib ki, riyaziyyatı pis bilən uşaqların beyni həyəcandan başqa cür işləyir.
Trend-in məlumatına görə,
bu barədə "Medical News Today" yazır.
İkinci və üçüncü sinif şagirdlərinin beyinlərinin
skan edilməsi zamanı tənliyin bir növünün beyni təşviş və qorxu ilə bağlı
aktivliyə təhrik etdiyi məlum olub. Bu zaman beynin riyazi tapşırığın həllinə
görə cavabdeh olan hissəsinin aktivliyi azalır.
Professor Vinod Menonun sözlərinə görə, 50-yə yaxın
məktəblinin beyni skan edilib. Bundan sonra riyazi tapşırığın doğurduğu
həyəcanın dərəcəsi sual vərəqələri və testlərlə qiymətləndirilib: "Qeyd
etmək lazımdır ki, bu fenomen 50 bundan əvvəl aşkar edilib. Lakin indiyədək heç
kim adamların nə üçün riyaziyyatdan qorxduqlarını araşdırmağa cəhd
göstərməyib".
Neyrobiologiya baxımından riyaziyyat qarşısında
qorxu başqa qorxulara oxşayır. Ekspertlərin sözlərinə görə, güclü həyəcan
keçirən uşaqlar həyəcanlanma göstəricisi daha az olanlarla müqayisədə daha az
dəqiq olmaları və tapşırıqları yavaş həll etmələri ilə fərqlənirlər.
Yəni, qorxu beyinin qoyulmuş məsələni həll etmək
qabiliyyəti ilə birlikdə informasiyanı emal etmək qabiliyyətini tormozlayır. Bunun
təkamül mexanizminin bir hissəsi olması mümkündür. Belə ki, o, daxili
səbəblərdən törəyən təhlükə şəraitində beyni intuisiya əsasında hərəkət etməyə
məcbur edir.
Xeberler.az