İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Virtual kitabxana kulturoloji layihəsi həyata keçirilir

14.08.2009 [20:35]

Fontu böyüt:      


QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) "Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" adlı kulturoloji layihə həyata keçirir.

Bu barədə qəzetimizə açıqlama verən qurumun rəhbəri, kultroloq Aydın Xan (Əbilov) "Xalq Cəbhəsi" qəzetinə verdiyi açıqlamada layihənin bir çox şəxslər tərəfindən vaxtından əvvəl atılmış addım kimi qiymətləndirildiyini söylədi: ""Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" adlı kulturoloji layihə bir çoxları tərəfindən vaxtından əvvəl atılmış addım kimi dəyərləndirilir; amma zamanı qabaqlamaq çox zaman dəyişikliklərə, yeniləşməyə, inkişafa səbəb olduğundan, hesab edirik ki, təşkilatımızın fəaliyyət istiqaməti düzgün müəyyənləşib.

Kulturoloji layihənin maraqlı tərəfləri hansıdır? Statistik məlumatlara görə, Azərbaycanda yaşayan əhalinin yarısından çoxunu, dünyada yaşayan soydaşlarımızın böyük əksəriyyətini yeni nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər təşkil edir. Millət olaraq mədəniyyətimiz, psixologiyamız, milli-mənəvi dəyərlərimiz, etnik şüur, mentalitet, həyat və davranış tərzimiz bir olsa da, qloballaşmanın dağıdıcı və sürətli həmlələri, eləcə də xalqların son illərdəki sıx inteqrasiyası nəticəsində millətimizin idenfikasiya kodları dəyişikliklərə məruz qalır, milli sivilizasiyamızın özünəməxsusluqları unudulmaqdadır. Elektron KİV, yeni telekommunikasiya vasitələri, xüsusən də İnternetin mənfi təsirinə daha çox gənc nəslin nümayəndələri - uşaq, yeniyetmə və gənclər məruz qalır, onlar ictimai-mədəni varlıq olaraq Azərbaycanlı kimi özünüdərk proseslərindən kənarlaşırlar.

Azərbaycan daxilində yeniyetmə və gənclər tərəfindən anadilli ciddi ədəbi-bədii, elmi-intellektual kitab və əsərləri oxumaq, fərqli - yeni mütaliə mədəniyyətini qavramaq, yeni oxu vərdişlərinə yiyələnmək məsələsində böyük problemlər hiss olunur. Xaricdə yaşayan soydaşlarımız isə milli-mənəvi dəyərlərdən, azərbaycandilli kitab və ədəbiyyatdan kənar qalırlar. Araşdırmalar göstərir ki, Azərbaycanda yeni nəslin nümayəndələri arasında bir qism gənclər kompüter və İnternet bilgilərinə yiyələnsə də, milli İnternet - qlobal və lokal informasiya-şəbəkə resurslarımızın azlığı, Azərbaycan dilində gənclərə, yeniyetmələrə ünvanlanmış İnternet saytlarının, ciddi, intellektual portalların məhdud sayda fəaliyyət göstərməsi və zəif inkişaf etməsi, eləcə də elektron - Virtual Kitabxanaların, pulsuz bloq - sayt imkanlarının yoxluğu, onların maraq dairəsini təmin edəcək şəbəkə imkanlarının yox dərəcəsində olması, milli kompüter oyunlarının hazırlanmaması ona gətirib çıxarıb ki, yeni nəslin nümayəndələri İnternetdən yalnız əyləncə vasitəsi, çox hallarda isə erotik, bəzən isə pornoqrafiya, zorrakılığı təbliğ edən materialları asanca əldə etmək imkanı kimi yararlanırlar...

Ölkəmizdə "Elektron hökumət", "Elektron məktəb", "Elektron Kitabxana" kimi innovativ proqramlar həyata keçirilməsiylə bağlı dövlət proqramları, genişmiqyaslı planlar isə hələ ki, lazımi səviyyədə həyata keçirilmir. Yeniyetmələr və gənclər üçün ədəbiyyat və kitabların sayı, keyfiyyəti arzuolunan səviyyəyə çatmayıb, hələ üstəlik də Azərbaycanın daxilində və xaricdə yaşayan gənclər arasında asan, ucuz başa gələn yeni ünsiyyət vasitəsi kimi İnternet - yeni informasiya-kommunikasiya texnologiyaları sahəsində maarifçiliyə kəskin ehtiyac duyulmaqdadır. Bu baxımdan biz Avropa ölkələrinə çatmaq istiqamətində çox işlər görməliyik. İlk addımlardan biri kimi isə gənc nəslin intellektual, mütaliə və ünsiyyət tələbatlarına cavab verən, dünya gəncləri arasında innovativ-şəbəkə rabitə vasitəsinə çevirilə biləcək bir İnternet resursunun - "Uşaq və yeniyetmələr üçün İnternetdə Virtual Kitabxananın, eləcə də İnnovativ Şəbəkə Resursunun yaradılması" Kulturoloji - İnnovativ layihənin həyata keçirilməsi sadalanan problemin həllində ciddi addımlardan biri olacaq.

Virtual Elektron Kitabxanadan 1,5 il ərzində bir milyona yaxın İnternet istifadəçilərinin şərhləri, müraciətləri əsasında müəyyənləşdirmişik ki, yeniyetmə və gənclər yazını, kitabı, mətni, bilgini daha çox innovativ saydıqları İnternet resurslarından - Elektron Kitabxanadan almaq istəyir. Bir kitabın tirajı 1000 ədədi keçmədiyi bir zəmanədə saysız-hesabsız insanın yararlana biləcəyi e-kitablar məcmusu kimi gördüyümüz İnternetdə Milli Virtual Kitabxananın dəyərini izah etməyə əslində ehtiyac yoxdur".

Milli Virtual Kitabxana hazır olandan sonra Azərbaycan Yazıçılar Birliyində mətbuat və televiziyanın, habelə layihədə əməyi olan şəxslərin, tənqidçi və ədəbiyyatşünasların, kitabxana və təhsil işçilərinin, eləcə də QHT nümayəndələrinin, hökumət rəsmilərinin də dəvət olunduğu mətbuat konfransı və təqdimat mərasimi keçiriləcəyini də diqqətə çatdırdı: "Layihənin sonrakı mərhələsində isə gənclərə aid şeir, nəsr, elmi-kütləvi əsərlər, eləcə də tərcümə əsərləri, milli folklor nümunələrinə portalda yer ayrılacaq. Artıq Millli Virtual Kitabxananın İnternet veb-dizaynı hazırlanıb, portalın yüksək səviyyəli proqramı yazılır. Onu da xüsusi vurğulamaq istəyirik ki, bu şəbəkə layihəsi milli mütəxəssislər tərəfindən məxsusi olaraq, müəllif və əlaqəli hüquqlar qorunmaqla, məhz YYSQ sifarişi əsasında rəqəmsal-informatik texnoloji bilgilər əsasında hazırlanır. Oktyabr ayında layihənin nəticəsi olaraq böyük bir Azərbaycan dilli şəbəkə resursu dünyanın 50 milyonluq azərbaycanlılarının ixtiyarına veriləcək..."


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar