Fontu böyüt:
Naxçıvan Muxtar Respublikasında informasiya-kommunikasiya sahəsi dinamik inkişaf edir.
Muxtar Respublikanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, hazırda Naxçıvanda 52 mindən çox abunəçiyə xidmət göstərən 89 elektron tipli ATS fəaliyyət göstərir.
Bundan əlavə Naxçıvanda həmçinin simsiz rabitədə uğurla inkişaf etməkdədir. Belə ki, simsiz rabitə Muxtar Respublikanın 80% ərazisini əhatə edir.
Kompüter avadanlığı ilə Naxçıvanın 222 ümumtəhsil məktəbləri təmin olunub. 180 məktəb isə internet şəbəkəsinə qoşulub. Digər məktəblərin Qlobal Şəbəkəyə qoşulmasına dair işlər davam etdirilir. Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasında 23 şagirdə bir kompüter düşür.
Xeberler.az Elvira