İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Google”nin də sosial şəbəkəsi olacaq

17.09.2010 [13:50]

Fontu böyüt:      

“Google Me” sosial şəbəkəsi payızda istifadəyə veriləcək “Google” korporasiyasının icraçı direktoru Erik Şmidt “Google Me” sosial servisinin işlənib hazırlanmasına dair xəbəri rəsmi sürətdə təsdiqləyib. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəbəkənin 2010-cu ilin payız aylarında kütləvi istifadəyə verilməsi planlaşdırılır.

“Google Me” sosial şəbəkəsi payızda istifadəyə veriləcək

“Google” korporasiyasının icraçı direktoru Erik Şmidt “Google Me” sosial servisinin işlənib hazırlanmasına dair xəbəri rəsmi sürətdə təsdiqləyib.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, şəbəkənin 2010-cu ilin payız aylarında kütləvi istifadəyə verilməsi planlaşdırılır.

Erik Şmidt bildirib ki, “Google”un yeni şəbəkəsi “Facebook”la rəqabət aparmayacaq. “Google Me” əsasən artıq mövcud və olduqca populyar olan axtarış sisteminin, “YouTube” portalının, “Google Maps” xəritələrinin və digər servislərin birləşdirici əlavə platforması kimi fəaliyyət göstərməlidir.

Hazırda “Google” “Facebook” istifadəçilərinin əlaqə səhifələrinə çıxış əldə etməyi düşünür. Erik Şmidtin sözlərinə görə, bu, “Google”yə qarşı kifayət qarşı ədalətli bir qərar olardı, çünki “Facebook”da dostların dəvət olunması üçün “Google” servisinin istifadəçilərinin əlaqə səhifələri fəal istifadə olunur: “Facebook üçün ən yaxşı variant məlumatlara çıxışı verməkdir. Əks təqdirdə bu informasiyanın əldə olunması üçün bir çox yollar və üsullar mövcuddur”.

Qeyd etmək lazımdır ki, “Google” artıq sosial şəbəkələrin yaradılması sahəsində bir qədər təcrübəyə malikdir. Şirkətin “Orkut” servisi ingilisdilli ölkələrdə elə də populyarlıq qazana bilməyib. Lakin Braziliya və Hindistan istifadəçiləri bu şəbəkədən kifayət qədər fəal istifadə edir. “Okrut” sosial şəbəkəsinin ümumi istifadəçi auditoriyası 100 milyonu keçir.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar