Fontu böyüt:
Bu sualı lent.az-a müsahibəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov cavablandırıb.
Müşfiq Əmirov bildirib ki: Son 5 ildə poçt şöbələrinin sayı 318 ədəd artaraq 1537-ə çatıb. 2005-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında “Poçt sahəsində maliyyə xidmətlərinin inkişafı” layihəsi üzrə inkişaf krediti haqqında saziş imzalanıb.
Sazişin həyata keçirilməsi nəticəsində poçt şöbələri vahid kompüter şəbəkəsində birləşdiriləcək və poçt müəssisələri bank-maliyyə xidmətləri göstərməklə kefiyyətcə yeni inkişaf səviyyəsinə çatacaq.
Poçt şəbəkəsinin iqtisadi durumunun yaxşılaşdırılması və rəqabətə davamlılığı, pul köçürmələrinə sərf olunan xərclərin azalması regionlarda sahibkarlığın inkişafını və yeni iş yerlərinin açılmasını təmin edəcək.