21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Daha öncə də məlumat verdiyimiz kimi bu gün Microsoft korporasiyası Windows 7 əməliyyat sisteminin buraxılması haqqında rəsmi bəyanat yayıb.Bəyanatda,həmçinin, Windows 7-nin Azərbaycan dilli versiyanın buraxılması gözlənildiyi bildirilir.
Belə ki, Microsoft Azərbaycan şirkətinin baş direktoru Teymur Axundovun sözlərinə görə , Windows 7-nin buraxılması bu əməliyyat sisteminin üstünlüklərini qiymətləndirməyə imkan verəcək. “Azərbaycanlı istifadəçilər yeni əməliyyat sisteminin tamamlanmış versiyasını almaq üçün imkan əldə edirlər.
Windows 7 məhsulunu yaradarkən Microsoft şirkətinin dizaynerləri və mühəndisləri tərəfdaşlarla və son istifadəçilərlə sıx əməkdaşlıq edirdi ki, onlar yeni əməliyyat sistemini necə təssəvvür etdiklərini bildirsinlər. Microsoft Azərbaycan şirkəti Windows 7 məhsulunu 4 noyabr tarixində Bakıda başlayacaq yubiley BakuTel sərgisində təqdim edəcək. Bundan əlavə yeni ƏS-in Azərbaycan dilinə tərcümə edilməsi üzrə işlərə də artıq başlanılmışdır”, deyə Teymur Axundov qeyd edib.