Fontu böyüt:
Naxçıvan Muxtar Respublikasının (NMR) simsiz rabitə operatoru "Naxtel" Azərbaycanın GSM operatorları şəbəkəsində SMS məlumatların göndərilməsi xidmətini işə salıb. Bu haqda Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) məlumat verilib.
Layihə MHM və NMR-in Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə reallaşdırılıb. Göndərilmiş SMS-lər haqqında informasiya MHM-in serverlərində hər gün qeydiyyatdan keçirilir. "Naxtel"in abonentləri xidmətdən istifadəyə görə ödənişi poçt şöbələri və onlayn-ödənişlər vasitəsilə həyata keçirə biləcəklər.
"Naxtel" nömrəsinə SMS göndərişin qiyməti 0,02 manat, Azərbaycanın GSM operatorlarının şəbəkəsində 0,03 manat, beynəlxalq nömrələrə isə 0,05 manat təşkil edir. (trend)