2008-ci ilə qədər Azərbaycanda İKT sektoru hər il 30-35%, 2009-cu ildən isə 15-20% artıb.
2008-ci ilə qədər Azərbaycanda İKT sektoru hər il 30-35%, 2009-cu ildən isə 15-20% artıb.
Bunu "İnkişafın 10 ili 2004-2014” konfransında Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
"Bu, o deməkdir ki, hər 3 ildə İKT sahəsi 3 dəfə genişlənib. Bununla da, bu göstərici üzrə ümumdünya orta göstəricisini 2-2,5 dəfə üstələyib”, - deyə Ə. Abbasov bildirib.
Nazir qeyd edib ki, MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan 2010-cu ildə bütün telekommunikasiya sistemini elektronlaşdırıb.(adalet.az)