İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnterneti məhdudlaşdıran hökumətlərə sərt mesaj

17.02.2011 [11:08]

Fontu böyüt:      

ABŞ Dövlət katibi Hillari Klinton repressiv hökumətlərə internet azadlığını məhdudlaşdırmamaq barədə xəbərdarlıq edib və deyib ki, belə səylər adətən uğursuzluqla nəticələnir. Misir iğtişaşlarından bəri ilk əsas çıxışında Klinton bildirib ki, ABŞ qlobal internet azadlığında israrlıdır. "Bu xarici siyasətin prioritetidir

ABŞ Dövlət katibi Hillari Klinton repressiv hökumətlərə internet azadlığını məhdudlaşdırmamaq barədə xəbərdarlıq edib və deyib ki, belə səylər adətən uğursuzluqla nəticələnir.

Misir iğtişaşlarından bəri ilk əsas çıxışında Klinton bildirib ki, ABŞ qlobal internet azadlığında israrlıdır. "Bu xarici siyasətin prioritetidir və qarşıdan gələn illərdə onun əhəmiyyəti yalnız artacaq" - Klinton deyib.

Bu çıxış internet fəallarının bəzi Yaxın Şərq ölkələrində anti-hökumət nümayişləri təşkil etdiyi bir vaxtda edilir.

O, deyib ki, internet hökumətlərə insan haqları fəallarını və siyasi dissidentləri izləməyə və onları cəzalandırmağa yeni imkanlar açıb.

"Dövlət repressiyası"

Klinton öz çıxışında bildirib ki, ABŞ hökuməti onlayn dissidentlərə və rəqəmsal fəallara dövlət repressiyası ilə mübarizə üçün əlavə 25 milyon dollar ayıracaq.

O, Çin, Suriya, Kuba, Vyetnam və Birmanın onlayn fəaliyyəti məhdudlaşdıran ölkələr kimi adlarını çəkib və qeyd edib ki, Misirin interneti kəsərək nümayişçilərə mane olmaq cəhdləri uğursuz olub.

Twitter və Facebook kimi sosial şəbəkə saytları xalqın arzusuna səs verən mühüm vasitələrdir, deyib xanım Klinton.

O, etiraf edib ki, internetin düşmənçiliyi qızışdıran nifrət sözlərini yaymaq kimi problemi də var, amma əlavə edib ki, belə məzmunlu çıxışların qarşısını almaq çox zaman söz azadlığını pozmaq üçün bəhanə olaraq istifadə edilir.

"İncidici sözlərə ən yaxşı cavab elə sözlərdir. İnsanlar dözümsüzlük və nifrətə qarşı danışa bilərlər və danışmalıdırlar", o əlavə edib.

WikiLeaks "oğurluğu"

Xanım Klintonun çıxışı ABŞ-da minlərlə hökumət sənədlərinin WikiLeaks saytına sızdırılması ilə bağlı müzakirələr getdiyi vaxta təsadüf edir.

O, WikiLeaksin məxfi hökumət sənədlərinə yiyələnməsi ilə İnternet azadlığı arasında kəskin fərq olduğunu deyib. "WikiLeaks insidenti oğurluq aktı ilə başladı",  - Klinton deyib.

O, hökumətin öz işini açıq və şəffaf görməsini istəyənlərə müraciətlə deyib ki, ABŞ "ən həssas əməliyyatlar barədə" məlumatları ictimaiyyətə açıqlasa, öz vətəndaşlarının təhlükəsizliyini təmin edə və dünyada insan haqlarını və demokratiyanı təbliğ edə bilməz.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar