21 oktyabr tarixdə “Onlayn Medianın inkişafına dəstək” layihəsi çərçivəsində jurnalistlər üçün Təlimlərə başlanır.
Təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir.

Bir həftə müddətində davam edəcək Təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaq.
Təlimlər Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Proqramda sosial mediadan effektiv istifadə imkanları, multimedia jurnalistika, İnternetdə reklam, Mobil internet və mobil texnologiyalar, onlayn şəffaflıq və informasiya azadlığı, elektron hökumət və açıq hökumət, kibercinayətkarlıq sahəsi ilə əlaqəli mövzular öz əksini tapıb.
Təlimlərdə müxtəlif media subyektlərində çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisasları üzrə təhsil alan tələbələr - gənc Jurnalistlər və bloqçular iştirak edəcəklər .
Təlimləri uğurla başa vuranlara sertifikatlar veriləcək.
Adı çəkilən Layihə çərçivəsində həmçinin jurnalistlər, bloqçular və tələbələr üçün nəzərdə tutulan Onlayn Media Müsabiqəsi də hazırda davam edir. Müsabiqə üçün məqalələr və müsabiqə çərçivəsində mikrobloqçular tərəfindən yazılan tvitlər 15 noyabr tarixədək qəbul olunur.
Layihə Multimedia Mərkəzi tərəfindən RİTN –in dəstəyi və Nar Mobile- in Baş sponsorluğu ilə həyata keçirilir.
Geniş məlumat: www.telim.org