Fontu böyüt:
Ödənişsiz bir xidmət olan Facebookun əsas məqsədi, istifadəçilərin yoldaşları ilə sərbəst ünsiyyət qura biləcəkləri sosial bir şəbəkə meydana gətirmək.Lakin hər ödənişsiz xidmətdə olduğu kimi Facebookda da bəzi məhdudlaşdırmalar var. Bu məhdudiyyətlərdən ən önəmlisi göndəriləcək mesaj saylarıdır.
Facebook, sizin nə qədər mesaj göndərdiyinizi öyrənmək üçün xususi bir proqramdan istifadə edir.Bu proqram vasitəsilə reklam məqsədilə göndərilən mesajlara məhdudiyyətlər qoyulur.
Amma elə bütün problemlər də bundan sonra yaranır.Sistem avtomatik işlədiyindən bəzən səhvlərə yol verilir.Əgər bir səhər Facebooka girib yoldaşlarınıza mesaj atmaq istəsəniz, bu sizin ogünkü ilk mesajınız belə olsa, mesaj limitini aşdığınıza dair bir xəbərdarlıq ala bilərsiniz.
xeberler.az/Ellada