21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Cari ilin 22-23 oktyabr tarixlərində Kiyevdə informasiya texnologiyalarına həsr olunmuş sayca yeddinci Cisco Expo konfransı keçiriləcək.
Cisco-nun Şərqi Avropa ölkələri üzrə regional bölməsi tərəfindən təşkil olunan tədbirdə Azərbaycan şirkətləri də iştirak edə bilər.
Xatırladaq ki, Cisco-nun Azərbaycan nümayəndəliyi də şirkətin məhz elə həmin regional ofisinə daxildir. Kiyev Cisco Expo-2009 konfransının proqramı aşağıdakıları əhatə edəcək: texnologiyaların inkişaf təmayülləri haqqında məlumat, İT-mütəxəssislər üçün mühazirələr, Cisco və tədbir tərəfdaşlarının həllərinin sərgisi və nümayişi.
Konfrans iştirakçıları Cisco-nun unifikasiya edilmiş texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində mövcud olan ən son texnologiyaları və həlləri, habelə müəssisələrin şəbəkə infrastrukturunun yaradılması və verilənlərin emalı mərkəzlərinin qurulması üçün nəzərdə tutulmuş həlləri haqqında ətraflı məlumat əldə edəcəklər. Bundan əlavə rabitə operatorları üçün xüsusi proqram hazırlanıb.