İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Avtobusda gedişhaqqının kartla ödənilməsinə başlanılır

15.02.2011 [13:04]

Fontu böyüt:      

Azərbaycanda nəqliyyat sistemində həyata keçirilən uğurlu layihlərdən daha biri baş tutacaq - avbobuslarda uzun müddətdir gözlədiyimiz yenilik reallaşmaq üzrədir. Bu ilin sonunadək Bakının sərnişindaşımada xidmət göstərən nəqliyyat vasitələrində elektron ödəmə kartlarının tətbiqinə başlanacaq. Bu barədə Nəqliyyat Nazirlyinin mətbuat

Azərbaycanda nəqliyyat sistemində həyata keçirilən uğurlu layihlərdən daha biri baş tutacaq - avbobuslarda uzun müddətdir gözlədiyimiz yenilik reallaşmaq üzrədir. Bu ilin sonunadək Bakının sərnişindaşımada xidmət göstərən nəqliyyat vasitələrində elektron ödəmə kartlarının tətbiqinə başlanacaq. Bu barədə Nəqliyyat Nazirlyinin mətbuat katibiNamiq Həsənov məlumat verib.

Onun sözl
ərinə görə, “Nəqliyyatın intellektual idarə edilməsi sistemi” layihəsi bu ilin sonuna qədər işə düşəndən sonra Bakıda sərnişindaşıma xidməti göstərən nəqliyyat vasitələrində vahid elektron ödəmə kartları tətbiq olunacaq. Yalnız bundan sonra avtobusların universal “cip” kart vasitəsilə ödənilməsinə keçilməsi mümkündür. “Ancaq bunun üçün sistem işə düşməlidir. Sistem hələə düşmədən danışmaq tezdir. İlin ikinci yarısında bu işə başlamaq olar. İlin sonunda isə bunun tətbiqi mümkün olacaq” - deyə o, əlavə
etdi. 

Nazirlik r
əsmisi qeyd etdi ki, bunun üçün həmin nəqliyyat vasitələrində elektron post-terminallar quraşdırılacaq: “Biz istəyirik ki, bu kartlara kontur ödəmək də problem olmasın. Bunun üçün müxtəlif yerlərdə post-terminallar quraşdırılması nəzərdə tutulub. Post-terminallar avtobus dayanacaqlarında deyil, dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, digər ictimai yerlərdə quraşdırılacaq. Hər bir sərnişin nəqliyyat vasitəsindən istifadə edərkən əvvəlcə vahid ödəmə kartının balansına kontur yükləməlidir. Bundan sonra sərnişin yüklədiyi kartı post-terminalın monitoruna yaxınlaşdırıb getdiyi yeri müəyyənləşdirəcək. Nəqliyyatın bütün növləri üzrə sərnişinlərin məlumatlandırılması, biletlərin mərkəzləşdirilmiş satışı, müasir servis xidmətinin göstərilməsi də nəzərdə tutulur. Artıq belə aparatlar nazirlikdə var. İlin sonunadə
k insanlar bunun şahidi olacaqlar”.

N.H
əsənov onu da əlavə etdi ki, kart vasitəsilə ödəniləcək məbləğ sərnişinin getdiyi məsafərə görə tutulacaq: “Gediş haqqı bizdə hazırda getdiyin kilometrləəyyənlədirilir. Yeni sistem tətbiq olunduqdan sonra avtobudsa xüsusi elektron naviqasiya sistemi vasitəsilə bu müəyyənləşdiriləcək. Sərnişin avtobusdan düşərkən getdiyi məsafə
nin gedişhaqqı onun kartından tutulacaq”. 

Xatırladaq ki, bu sistemin t
ətbiqi ilə bağlı artıq Koreya şirkəti ilə Nəqliyyat Nazirliyi arasında razılaşma əldə olunub. Həmin şirkət 2011-ci ildə bu sistemi tam şəkildə tətbiq edəcəyi barədə öhdəlik götürüb. Sonrakı illərdə isə yeni ödəmə sisteminin bölgələrdə də tətbiq edilməsi nəzərdə tutulub. /// milli.az


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar