21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Mətbuat Şurası (MŞ) fəaliyyət göstərməyən qəzetlərin bağlanması ilə bağlı müvafiq məhkəmələrə müraciət edəcək.
Bu barədə RATİ-yə MŞ sədri Əflatun Amaşov məlumat verib. Şura sədri bildirdi ki, Ədliyyə Nazirliyində qeydiyyatdan keçən bütün kütləvi informasiya vasitələri (KİV) ilə bağlı monitorinq aparılır.
“KİV haqqında qanuna görə, il ərzində qəzet ən azı 12 dəfə çıxmalıdır. 3300-dən çox KİV qeydiyyatdan keçib, onlardan 2500-dən çoxu isə faktiki fəaliyyət göstərmir” - deyən Əflatun Amaşov qeyd etdi ki, aparılan monitorinqin nəticəsində son iki ildə fəaliyyət göstərməyən bütün kütləvi informasiya vasitələrinin qeydiyyatının ləğv olunması üçün müvafiq məhkəmələrə müraciət ediləcək.
Xatırladaq ki, Azərbaycanda 3300-dən çox KİV qeydiyyatdan keçib. Hazırda onlardan 600-ə yaxını fəaliyyət göstərir. Təxminən 400-ə qədər qəzet və jurnal dərc olunur, 20-dən çox telekanal fəaliyyət göstərir. Ölkədə 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi var. Qalanları isə internet resurslarıdır.