Fontu böyüt:
Məlum olduğu kimi, Multimedia Mərkəzi tərəfindən 01 fevral 2009-cu il tarixdən etibarən ictimai informasiya subyektlərinin ( dövlət orqanları və bələdiyyələrin) rəsmi internet resurslarının monitorinqinə başlanıb.
Hazırda Azərbaycan Respublikası prezidentinin - www.president.az, Azərbaycan Respublikası Milli Məclisinin - www.meclis.gov.az və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin - www.justice.gov.az rəsmi İnternet saytının monitorinq nəticələri açıqlanıb, saytların müsbət və mənfi cəhətləri göstərilib. Monitorinqin nəticələrinə əsasən bu informasiya resurslarının fəaliyyətinin təkmilləşdirilməsi üçün tövsiyələr təklif olunub.
Qeyd edək ki, Monitorinq prosesində 50 dövlət qurumunun və 10 Bələdiyyənin rəsmi internet resursunun informasiya açıqlığı vəziyyətinin araşdırılması nəzərdə tutulub.
Monitorinq “İctimai informasiya subyektlərinə məxsus ictimai informasiyaların açıqlanması vəziyyətinin Monitorinqi” Layihəsi çərçivəsində həyata keçirilir. İctimai informasiya subyektlərinin informasiya açıqlığı vəziyyətini müəyyən etmək üçün aparılan Monitorinq ölkə qanunvericiliyi və beynəlxalq təcrübə nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilir. Metodikada dövlət qurumlarının rəsmi İnternet resurslarında yerləşdirilən informasiyaların kəmiyyət və keyfiyyət cəhətdən analiz edilməsi və qiymətləndirilməsi nəzərdə tutulub.
Daha geniş məlumatı informasiya.org saytından əldə edə bilərsiniz.