İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Respublika günü münasibətilə yeni rabitə obyektləri istifadəyə verilib

28.05.2010 [13:48]

Fontu böyüt:      

28 may - Respublika günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilib. Belə ki, Aztelekom İstehsalat Birliyi Sumqayıt şəhərinin ATS-lərinin NGN texnologiyasına keçidini başa çatdırıb.
28 may - Respublika günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) müəssisələri tərəfindən yeni rabitə obyektləri istifadəyə verilib.
Belə ki, Aztelekom İstehsalat Birliyi Sumqayıt şəhərinin ATS-lərinin (652/653/654/655/656/657/658) NGN texnologiyasına keçidini başa çatdırıb. Nəticədə Sumqayıt telekommunikasiya şəbəkəsi müasir rabitə ilə təmin olunub.
NGN texnologiyası istifadəçilərə İP-TV, video telefon, internetə sürətli qoşulma ilə yanaşı, əlavə 21 növ servis xidmətlərindən istifadə etmək imkanı verir.
Bundan əlavə, İB tərəfindən Respublika Günü ərəfəsində Daşkəsən rayonun Dəstəfur və Əhmətli kəndlərində müvafiq olaraq 112/30 və 64/30 nömrə tutumlu, Ağstafa rayonun isə Köçvəli və Muğanlı kəndlərində 128.30 nömrə tutumlu DS-200 tipli elektron ATS-lər quraşdırılaraq əhalinin istifadəsinə verilib.
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Bakı şəhərində ümumi nömrə tutumu 1888 (944+944) iki ONU tipli ATS-ini istifadəyə verib. Bundan əlavə Qala st. ATS-də abunə tutumu 512, Buzovna qəsəbəsindəki ATS 453-də 1024 nömrə artırılıb.
Teleradio İstehsalat Birliyi Astara və ətraf ərazilərdə Respublika FM radio proqramının yayım keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə Astaradakı radio televiziya stansiyasında əvvəllər istismar olunan 250 Vt gücündə radio verici müasir tipli, 1 kVt-lıq “Elektronika” tipli FM verici ilə əvəz olunub. Bundan əlavə, Astara RTYS-də ATV İNT proqramının yayımı üçün 10 kVt gücündə “Kvant-Efir” tipli verici quraşdırılıb.
Azərpoçt MMC də bayram ərəfəsində yeni obyektləri istifadəyə verir. Şəki rayonu Kiş kəndində, Masallı rayonu Bambaşı kəndində və Qazax rayonu Orta Salahlı kəndində yeni poçt şöbələrinin binaları əhalinin istifadəsinə verilir. Milli üslubda tikilən yeni binalar müasir texniki avadanlıqlarla və mebel ilə təmin olunub.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar