Fontu böyüt:
LG cib telefonları üçün nəzərdə tutulan solar panelini (günəş paneli) təqdim edib. Cihaz, batareya qapağında olan solar hüceyrələrin sayəsində günəş enerjisiylə şarj ola bilir.
LG-yə görə, 11 dəqiqədə günəşdə gözləməklə əldə edilən enerjiylə üç dəqiqəlik danışmaq olur. Solar panel hələlik yalnız touch cib telefonu GD510 Pop-a uyğun olacaq. Günəş enerjisi ilə şarj olarkən “Eco Tree” proqramı nə qədər karbon 4-oksidə qənaət edildiyini göstərir.
“İqtisadiyyat hesablayıcısı” isə hava vəziyyətinə görə cihazın nə qədər müddət ərzində günəş altında qalmasını xəbər verir. Aksesuar GD510 Pop-un oktyabrda bazara çıxarılmasından sonra təmin ediləcək.