Fontu böyüt:
Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyası (SİTA) fəaliyyətə başlayıb.Qaynar.info-nun verdiyi xəbərə görə Akademiyanın yaradılması təşəbbüsü Şəhər İcra Hakimiyyəti və Təhsil Şöbəsinə məxsusdur.
Şəhər rəhbərliyi SİTA-nı ,müasir avadanlıqlar, sertifikatlaşdırılmış tədris vəsaitləri, lisenziyalı proqram təminatları, qabaqcıl təlim-tədris texnologiyaları ilə təchiz edib.
SİTA-nın əsas məqsədi informatika və kompüter elminin inkişafına və təhsil sahəsində İKT-nin tətbiqinə dəstək, İKT sahəsində maarifləndirmə və İKT sahəsində dövlət proqramlarına dəstəkdir.
Hazırda kitabxana və elektron resurs mərkəzindən, təlim otaqlarından, konfrans zalından ibarət olan Akademiya yaxın gələcəkdə Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Qafqaz Universiteti ilə birlikdə müxtəlif layihələrin icrasına başlayacaq.