İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Vahid Qasımov: "Bizdə insanların kompüter vasitəsilə ödəniş etmə vərdişləri yoxdur."

21.07.2010 [11:35]

Fontu böyüt:      

"Yaxın qonşumuz Türkiyə ilə müqayisə aparsaq, orada “Kitab yurdu” saytı var və orada satılan kitablar hər hansı kitab dükanında satılan kitablardan ən azı 15-20 faiz daha ucuzdur. Belə olan təqdirdə isə kitab oxuyucuları çalışırlar ki, kitabı bu yolla əldə etsinlər. Bu vasitə satıcı üçün rahat olduğu qədər alıcıya da rahatdır".

 Xeberler.az saytının bugünkü müsahibi İnternet üzrə təcrübəli mütəxəssis, Kataloq.NET layihəsinin yaradıcısı və «Sahil-İT» MMC şirkətinin rəhbəri Vahid Qasımovdur. Müsahibəni olduğu kimi təqdim edirik

 

 -         Azərbaycanda onlayn ticarət varmı?

 

Ümumiyyətlə, Azərbaycan internetində onlayn ticarət cəhdləri çoxdan olmuşdur. 2000-ci ildən Azərbaycanda bir çox adam istəyirdi ki, dikommers sistemi yaratsın və müxtəlif seqmentlərdə onu tətbiq etsin. Amma milli elektron ödəniş sistemi olmadığına görə, vəziyyət bir qədər çətin idi. Çünki sayt sahibləri məcbur idi ki, xarici elektron ödəniş sistemlərindən istifadə etsin, Bu da müəyyən texniki problemlər yaradırdı. 2 il əvvəl milli elektron ödəniş sistemi olan Goldenpay meydana gəlməsi ilə işlər asanlaşdı və bundan sonra ölkədə elektron ödəniş sistemləri yayılmağa başladı. Son iki ildir bu sahədə müəyyən qədər irəliləyiş var.

 

-          Azərbaycan əhalisi elektron ödəniş sistemlərindən nə dərəcədə faydalana bilir?

 

Elektron ticarətdən, elektron ödəniş sistemlərindən hal-hazırda faydalanırlar. Sinomun bu yaxınlarda yaratdığı kommunal xidmətlərin ödənişi sistemi, bu tipli ödənişlər üçün Goldenpayın hesab.az saytına və digər saytlara da müraciət etməklə həm kommunal xidmət, həm kabel televizyasının, internetin və s. ödənişini etmək mümkündür.

 

 

- Digər ölkələrdə, xüsusən də Qərbdə bu ticarətə daha çox meyl edirlər. Bəs bizdə vəziyyət necədir?

 

Azərbaycanda bununla əlaqədar biraz problem var. Burada əsasən iki məsələ diqqəti çəkir. Birincisi odur ki, ölkədə kredit kartları çox yayqın deyil. Hazırda əhali arasında daha çox plastik kartlar mövcuddur. Əvvəla plastik kartlara rəsmi maaş köçürüldüyünə görə məbləğ az olur. Digər tərəfdən bizim əhali banklara bir o qədər də güvənmədiyinə görə. Plastik kartlarda olan pulu tez nəğdləşdirməyə çalışır.

 

İkincisi də etibar məsələsidir. Yəni ki. saytda elektron ödəniş imkanı olduğunu görürsən, Amma, ola bilsin ki, onun texniki tərəfinə güvənmirsən ki, burdan pulu ödəsəm, əlimdə heç bir sənəd, qəbz qalmadığına görə, sonra nəsə olsa, sübut eləyə bilməyəcəksən ki, bu pul ödəniləcək.

Üçüncüsü də odur ki, ümumiyyətlə insanların kompüter vasitəsilə ödəniş etmə vərdişləri yoxdur, ona görə də bizim əhali ödəniş etmək üçün daha çox nəğd pula üstünlük verir.

 Bir də, bəzi hüququ problemlər var. Belə ki, kredit kartı ilə ödənişlər şirkət tərəfindən  rəsmiləşdirilə bilmir. Məsələn, bizim Amerikadakı server üçün olan ödənişi mən şəxsi kredit kartımdan həyata keçirə bilirəm, amma daha sonra şəxsi kredit kartındakı məbləğin şirkət üçün istifadə olunduğunu sübut edə bilmirsən. Şirkət hesabına isə kredit kart hesabı açdırmaq, demək olar ki,mümkün deyil. Bir çox banklarda elə bir xidmət yoxdur. Belə olan halda şirkət ödənişləri kredit kartı vasitəsiylə həyata keçirilə bilmir.

 

 

- İnkişaf etmiş ölkələrdə insanlar, demək olar ki, əksər ödənişlərini bu vasitə ilə həyata keçirir, maşın, ev və s. alırlar. Ümumiyyətlə, elektron ticarətin mənfi və müsbət cəhətləri nədir?

 

Əvvəla dünyada elektron ticarət artıq, 15 ildən çoxdur ki, mövcuddur. Amma Azərbaycanda təzə-təzə başlayır, ona görə də biz bu sahədə bir çox parametrlərdə geridə qalmışıq.

Birinci növbədə elektron ticarətin müsbət cəhəti ondan ibarətdir ki, şəhərin mərkəzində dükan tutmaq, orada dizayn, təmir işləri aparmaq, rəf yerləşdirmək, satıcı tutmaq və s. üçün xərc çəkmədən satış həyata keçirmək mümkündür. Ona görə də, burada qiymətlər aşağı olur. Məsələn, yaxın qonşumuz Türkiyə ilə müqayisə aparsaq, orada “Kitab yurdu” saytı var və orada satılan kitablar hər hansı kitab dükanında satılan kitablardan ən azı 15-20 faiz daha ucuzdur. Belə olan təqdirdə isə kitab oxuyucuları çalışırlar ki, kitabı bu yolla əldə etsinlər.

Bu vasitə satıcı üçün rahat olduğu qədər alıcıya da rahatdır. İş yerində, ofisində olan bir adam dükan-dükan gəzməkdənsə elektron vasitəsi ilə istədiyi malı istədiyi yerə sifariş edə bilər. Belə olanda o həm vaxtına, həm puluna qənaət etmiş olar.

 

- Bu ticarətin az yayılmasına səbəb kimi ölkədə internetin geniş yayılmamasını göstərmək olarmı?

 

 Bunu məzmun cəhətdən qəbul etmək olar, amma əsas məsələ odur ki, bizdə elektron kommersiya saytları azdır, ona görə elektron ticarət yayılmayıb. Problemlərdən biri ödəniş sisteminin olmamasıydı və bu çox gec ortaya çıxdı. Hazırda belə imkan olsa da bizim əhali buna hazır deyil. Çünki əksəriyyət əhalinin kredit kartı yoxdur. Əldə olan plastik kartlardır. Onlar da əsasən pensiyaçılardadır. Onlar da bundan lazımınca faydalana bilməzlər. Birincisi pensiyalar çox azdır. Elektron kommersiya vasitəsilə tumu alacaq. Bundan əsas faydalanacaq olanlar gənclərdir. Onların kredit kartları yoxdur. Elektron ticrət üçün əsas kredit artlarıdır, plastik kartla bunu etmək olmur. Yəni fərqi də ondan ibarətdir ki, sənə bir ay ərzində müəyyən kredit verilir və sən bir ay ərzində onu xərcləyirsən, ayın sonunda hesablayırlar, xərclədiyin pulu banka köçürdürsən. Plastik kartlarda isə hesabında nə qədər varsa onu xərcləyə bilərsən. bizdə də əsas yayılan plastik kartlardır, onların içindəki məbləğ də azdır, ona görə də bu kartlarla maşın və s. ala bilməzsən. Amma xaricdə kredit kartı yayqın olduğuna görə, otellərdə, super marketlərdə və s. əksər ödənişlər bununla həyata keçirilir. Hal-hazırda bizdə bunu populiyarlaşdırma cəhdləri başlayıb. İndiyə qədər, həm də bankamatların sayı yetərli deyildi, yaxud bankomatlarda pul qurtarırdı və s. bunların hamısı elektron ticarətin yayılmasına təsir göstərir.

 

-          Ölkədə elektron ticarətə görə vergi tutulurmu?

 

Bəli, tutulur. Bir çox ölkələrdə bu ticarətin əhali arasında yayqınlaşması üçün vergi tutulmur. Amma bizdə bir qədər fərqlidir. Bizim milli elektron ödəniş sistemi olan Goldenpay-da Elektron ticarətlə məşqul olan şəxs Unibankda minimum tranzit hesab açmaq məcburiyyətindədir.  

 

 

Elmar Vəliyev

 


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar