İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azercell-ə 3G lisenziya verildimi?

03.10.2011 [13:54]

Fontu böyüt:      

Söhbət operatora 1900-2100 Mhz tezlik resurslarının verilməsindən gedir. Analoji tezliklərdə hazırda Azerfon şirkəti 3G rabitə xidmətləri təqdim edir

Azərbaycanın Radiotezliklər üzrə Dövlət Komissiyası "Azercell Telekom" mobil rabitə operatoruna 3G standartında rabitə xidmətlərinin göstərilməsi üçün tezlik resurslarının verilməsi barədə müsbət qərar qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə Dövlət Radiotezliklər İdarəsindən məlumat verilib.

Söhbət operatora 1900-2100 Mhz tezlik resurslarının verilməsindən gedir. Analoji tezliklərdə hazırda Azerfon şirkəti 3G rabitə xidmətləri təqdim edir.

İdarədən bildirildiyinə görə, növbəti mərhələdə təcrübi istismarda yeni şəbəkəni işə salmaq üçün Azercell şirkətinin hazırlığı məsələsi dayanır.

Azercell Telekom nümayəndələrinin bir müddət əvvəl bildirdiklərinə görə, şirkət artıq 3G standartında rabitə ximdətləri göstərməyə hazırdır.

Azercell şirkəti daha əvvəl lisenziya almaq üçün bütün lazımi sənədləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim edib. Şirkət həmçinin sistemi test rejimində sınaqdan keçirib.

Lisenziyanın hökumət tərəfindən müəyyənləşdirilən rəsmi dəyəri 11 min manat təşkil edir. Hazırda 3G standartında rabitə xidməti göstərmək üçün lisenziyaya yalnız Azerfon şirkəti malikdir. Hələ ki Bakcell şirkətinə müvafiq icazə verilməyib. Lisenziya alan operatorlar infrastruktura xeyli vəsait qoymalı olacaqlar. Onlar bütün şəbəkə avadanlığını, kommutatorları və baza stansiyalarını modernləşdirməlidirlər.

              ------------------------------------------------------------

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, onlar tərəfindən Azercellə 3G xidmətinin göstərilməsi üçün lisenziya verilməyib. 

Azercell Telekom MMC-nin Korporativ Ünsiyyət şöbəsinin rəhbəri Ülviyyə Həsənzadə də “Qafqazinfo”nun sualına cavab olaraq bu xəbərin haradan qaynaqlandığını bilmədiklərini deyib: “Bu gün hamı zəng edib bizi təbrik edir. Amma mən sizə dəqiq deyirəm ki, biz nə 3G lisenziyası almışıq, nə də bizə yaxın günlərdə alacağımız barədə xəbər daxil olmayıb. Verilsəydi təbii ki yaxşı olardı və biz bu sevincimizi hamı ilə bölüşərdik”.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar