“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib.
“Ookla” şirkəti “Speedtest.net” xidmətinin məlumatlarına, həmçinin istifadəçilərin sorğularına əsaslanaraq internetin orta sürətinə dair növbəti reytinq tərtib edib. Şirkətin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan trafikin orta sürəti 4.20 Mbit/s təşkil edir. Xatırladaq ki, ötən ay bu göstərici 4.24 Mbit/saniyə olub.
Bakı üzrə bu göstərici 4.66 Mbit/s, Sumqayıt üzrə isə 2,91 Mbit/s təşkil edir.
Nəticələr şirkətin 2013-cü il iyulun 1-dən iyulun 31-dək apardığı eksperimental araşdırmaların əsasında əldə edilib. Testlərin aparılması üçün 351011 unikal İP ünvanı seçilib.
Azərbaycan daxil olan trafik reytinqi üzrə ötən ayla müqayisədə 4 pillə geriləyərək 120-ci yerdə qərarlaşıb. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Lüksemburq (76.98 Mbit/s), Honkonq (54.10 Mbit/s) və Andorra (38.36 Mbit/s) qərarlaşıb.
Xaric olan trafikin orta sürəti 1.79 Mbit/saniyə təşkil edir. Xaric olan trafik üzrə reytinqdə Azərbaycan ötən ayla müqayisədə 7 pillə geriləyərək 124-cü yerdə qərarlaşıb. Bakı üzrə bu göstərici 2,02 Mbit/s, Sumqayıt üzrə isə 0,59 Mbit/s təşkil edir. Sözügedən reytinqdə ilk üçlükdə müvafiq olaraq Lüksemburq (55.80 Mbit/s), Honkonq (40.80 Mbit/s) və Andorra (31.50 Mbit/s) yer alıb.
(ictnews.az)