İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

DSMF kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib

14.09.2009 [15:01]

Fontu böyüt:      

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq:

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu kütləvi informasiya vasitələri arasında müsabiqə elan edib.

2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının 2.36-cı bəndinə (sığorta- pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq Məcburi dövlət sosial sığortası: gələcəyə qoyulan sərmayə mövzusunda müsabiqə keçiriləcək, - bazar ertəsi xeberler.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən bildirilib.

Müsabiqəyə sentyabrın 15-dən dekabrın 15-dək mətbuatda dərc olunan məcburi dövlət sosial sığortasının əhalinin sosial müdafiəsi sahəsindəki rolu, məcburi dövlət sosial sığortasında fərdi uçotun, pensiya sistemində sığorta prinsiplərinə keçidin əhəmiyyəti və bu mövzuda digər məsələlərin əksini tapdığı analitik məqalələr və televiziyada göstərilmiş telesüjetlər təqdim edilməlidir. Məqalələr 5 min işarədən, telesüjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqədən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır. Məqalə və telesüjetlər dekabrın 15-dən gec olmayaraq, hansı qəzet və jurnalda dərc olunduğu və televiziya kanalında nümayiş etdirilməsi (tarix və nömrəsi) göstərilməklə komissiyaya təqdim edilməlidir, - məlumatda qeyd edilir.

Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və telesüjetlərin müəllifləri 2 nominasiya üzrə mükafatlandırılacaq:

Qəzetdə çap olunmuş ən yaxşı məqalələr üzrə 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat; televiziya kanallarında verilmiş ən yaxşı telesüjet üzrə 1-ci yer - 500 manat; 2-ci yer - 300 manat; 3-cü yer - 200 manat.

Hər iki nominasiya üzrə ümumilikdə 10 həvəsləndirici mükafat - cəmi 500 manat məbləğində olacaq.

Müsabiqəyə təqdim olunan yazıları qiymətləndirmək üçün DSMF-nin aparıcı mütəxəssislərindən ibarət komissiya yaradılıb. Komissiyaya DSMF-nin sədr müavini Elman Mehdiyev rəhbərlik edir.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar