İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Banqkok şəhərində “ITU TelecomWorld 2013” sərgi-konfransı başa çatıb

25.11.2013 [09:41]

Fontu böyüt:      

Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu "ITU TelecomWorld 2013" sərgi-konfransı öz işini başa çatdırıb.
Tailandın Banqkok şəhərində informasiya və kommunikasiya texnologiyaları (İKT) üzrə Asiya ölkələrinin sammiti, eyni zamanda,   Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) nüfuzlu "ITU TelecomWorld 2013" sərgi-konfransı öz işini başa çatdırıb.

Qlobal telekommunikasiya və informasiya texnologiyalarına həsr olunmuş konfransda ölkəmiz rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun rəhbərlik [etdiyi nümayəndə heyəti ilə təmsil olunub. İKT sahəsinə aid milli nailiyyətlərin nümayiş olunduğu tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşları ilə yanaşı, Azərbaycandan 22 İT şirkəti, o cümlədən özəl, dövlət, qeyri-hökumət təşkilatları və onların rəhbərləri iştirak ediblər.
 
Sammitdə Tailand Respublikasının baş naziri ilə yanaşı, Asiyanın bir neçə dövlət və hökumət rəhbərləri iştirak ediblər. Ali qonaqlar müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın milli pavilyonundan ibarət stendlə yaxından tanış olublar. 
 
Sərgi və  konfrans çərçivəsində ölkəmizin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq miqyaslı layihələrin təqdimatları keçirilib. Eyni zamanda nazir Əli Abbasov "Genişzolaqlı texnologiyaların iqtisadi inkişafda rolu" mövzusunda keçirilən paneldə çıxış etmiş, Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi, Tailand Krallığı, İran və Əfqanıstan İslam respublikalarının kommunikasiya və informasiya texnologiyaları nazirləri, o cümlədən qabaqcıl İT korporasiyalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Tailand Krallığına  rəsmi səfəri bu gün  başa çatıb.  (ictnews.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar