Fontu böyüt:
Google Çin əhalisinin könlünü almaq üçün nələr etmir. Ödənişsiz musiqidən tutmuş, hökumətlə yaxın əməkdaşlığa qədər hər şeyi edir.
Buna baxmayaraq, Çində ən çox istifadə edilən yerli axtarış sistemi Baidu olaraq qalır. Əhalinin 75.7 %-i Baidu-dan istifadə edir. Google-dən istifadə edənlərin isə sayı azalmaqdadır. Microsoftun Bing axtarış sistemi isə ilk əvvəl Çinli istifadəçilərin diqqətini çəksə də, yaxşı bazar payına sahib olmadı. Baidu Bingi üstələdi.
Microsoftun Yahoo ilə müqavilə bağlaması hələki Yahoo China-ya təsir etməyib. Çünki Alibaba Group tərəfindən idarə olunan Yahoo China hələ Bing axtarış sistemini veb saytlarına inteqrə etməyib.