İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda informasiya təhlükəsizliyinin səviyyəsi artıb

12.01.2015 [13:09]

Fontu böyüt:      

2014-cü ilin dekabrında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı ötən ilin noyabr ayı ilə müqayisədə 8,7 faiz azalaraq 136 faiz təşkil edib.

2014-cü ilin dekabrında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı sorğuların sayı ötən ilin noyabr ayı ilə müqayisədə 8,7 faiz azalaraq 136 faiz təşkil edib.

Bu barədə Azərbaycan Respublikasi Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin (CERT) hesabatında deyilir.

CERT-in məlumatına görə, ötən ilin dekabrında sorğuların ümumi sayından 90,4 faizinə baxılıb və təmin edilib.

CERT-in statistikasına görə, 2014-cü ilin yekunları üzrə daha çox - 275 insident mayda qeydə alınıb ki, bunun 267-nin qarşısı alınıb.

Ümumilikdə, ilin yekunları üzrə qeydə alınan insidentlərin ümumi sayı 1582 olub ki, bundan da 1558-nin qarşısı alınıb.

2014-cü ilin dekabrında Kompüter insidentlərinə qarşı mübarizə mərkəzinin keçirdiyi audit əsasında 16 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib ki, bu da ötən ilin noyabr ayının göstəricisini bir hesabat ötür.

Ümumilikdə, 2014-cü ilin dekabrında CERT tərəfindən 437 hesabat hazırlanıb. Bu da 2013-cü ilin göstəricisindən 3 dəfə çoxdur.

Dekabrda Azərbaycanın internet seqmentində 3 yeni domen və 3 subdomen yaradılıb. Ötən ilin yekunları üzrə qeydiyyata alınan domenlərin ümumi sayı 38 olub. Bu, 2013-cü ilin analoji göstəricisindən 74 faiz azdır. Ötən il qeydiyyata alınan subdomenlərin sayı 11 faiz artaraq 71 olub.

Subdomenlər təşkilatlar tərəfindən öz bölmələri və ya qurumla bağlı olan servislər üçün unikal sayt adlarının yaradılması üçün istifadə olunur.(Trend)


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar