Fontu böyüt:
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yeni internet saytı üzərində tamamlanma işləri aparılır. Sayt fevralın ilk ongünlüyündə internet istifadəçilərinin ixtiyarına veriləcək.
Teatrın truppa müdiri Elnur Məmmədov bildirmişdir ki, dizaynı və başqa keyfiyyətləri ilə digərlərindən seçiləcək saytda bir neçə bölmə olacaqdır. Hər bölmədə xəbərlər daim yenilənəcək.
Saytda teatr haqqında ümumi bilgilər, tamaşalar, aktyorlar, festivallar, qastrol səfərləri haqqında məlumatlar bölmələr üzrə yerləşdiriləcək. Orada hər aktyorun həyat və yaradıcılığı, oynadığı rollar barədə informasiyalar və fotolar tapmaq mümkün olacaq. Mətbuat bölməsində Akademik Milli Dram Teatrı ilə bağlı yazılan bütün xəbərlər, məqalələr toplanacaq. Bundan əlavə, saytda video və fotoqalereya da fəaliyyət göstərəcək.