21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Toshiba şirkəti Yokaiti şəhərində ABŞ-ın SanDisk şirkəti ilə birgə təşkil olunmuş fabrikdə fləş-yaddaşların istehsal həcmini 30% azaltmaq niyyətindədir. Buna səbəb qlobal maliyyə böhranı şəraitində tələbatın kəskin sürətdə enməsidir.
Toshiba nümayəndələri bəyan ediblər ki, 2008-ci ilin dekabr ayının 31-də 300 millimetrlik altlıq üzərində fləş-yaddaş modulları istehsal edən iki obyektin fəaliyyəti 13 gün müddətinə dayandırılacaq. 200 millimetrlik altlıq üzərində yaddaş modulun buraxılması ilə məşğul olan iki istehsalat obyekti isə dörd günlük bağlanacaq.
SanDisk-də Yokaitidəki fabrikin fəaliyyətinin dayandırılması barədə məlumatı təsdiqləyiblər. Bundan əlavə SanDisk nümayəndələri qeyd ediblər ki, 2009-cu ilin yanvar ayında həmin obyektin istehsalat həcmi 70% bərpa olunacaq.
Həmçinin SanDisk-də fləş-yaddaşların istehsalı üçün birgə müəssisələrin yenidən təşkil olunmalarına dair Toshiba ilə danışıqların davam etdirilməsini qeyd ediblər. Şirkətlər arasında yeni sazişin 2009-cu ilin birinci rübündə imzalanacağı gözlənilir, Lenta yazır.
xeberler.az/Ellada