İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Google Cromebook-lar təqdim edib

14.05.2011 [01:45]

Fontu böyüt:      

Google şirkəti Crome OS mobil əməliyyat sistemi ilə idarə olunan portativ kompüterləri Cromebook adlandırıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, İlk Cromebook-lar Samsung və Acer şirkətləri tərəfindən istehsal olunacaq. Qurğuların satışı iyun ayının 15-də ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya, İspaniya və İtaliyada başlayır.

Həmin ölkələrdə Chromebook-ları aylıq abunə haqqı ödəməklə də əldə etmək mümkün olacaq. Belə ki, korporativ müştərilər üçün hər bir bu cür qurğunun aylıq xidmət haqqı 28, tələbələr üçün isə 20 ABŞ dolları təşkil edəcək. Bu ödənişin müqabilində istifadəçilər nəinki proqram, həmçinin köhnə avadanlığın yenisi ilə əvəz olunmasını nəzərdə tutan aparat dəstəyi də əldə edəcəklər.

Samsung istehsallı Cromebook 1280x800 piksel təsvir ölçülü və 12,1 düym diaqonallı displey, veb-kamera, iki USB portu, Wi-Fi modulu və yaddaş kartları üçün slotla təchiz olunur. 1,5 kiloqram çəkili modelin avtonom iş müddəti 8 saatdan az deyil. ABŞ-da bu qurğunu nağd pulla 429 dollara, 3G modulu ilə təmin edilmiş versiyanı isə 499 dollara əldə etmək olacaq.

Acer-dən Cromebook isə kiçik fərqli parametrlər istisna olmaqla oxşar xüsusiyyətlərə malikdir. Belə ki, bu model 11,6 düym diaqonallı ekran və HDMI-çıxışla təchiz olunub. Onun çəkisi 1,3 kiloqram təşkil edir. Qurğunun avtonom iş müddəti isə təxminən 6,5 saata bərabərdir. Acer istehsallı Cromebook ABŞ-da 349 dollara satılacaq.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar