“Chrome” brauzeri yeni təhlükəsizlik funksiyası ilə təchiz ediləcək. Bundan sonra brauzer zərərli yükləmələri aşkar edərək bloklaya biləcək.
“Chrome” brauzeri yeni təhlükəsizlik funksiyası ilə təchiz ediləcək. Bundan sonra brauzer zərərli yükləmələri aşkar edərək bloklaya biləcək. İnternet nəhənginin nümayəndələri bildiriblər ki, brauzer üzərində müxtəlif manipulyasiyalar və istifadəçinin kompüterinə müdaxilə cəhdləri tez-tez məhz veb-üzərindən həyata keçirilir.
“Google”un vitse-prezidenti Linus Upson deyir ki, zərərli yükləmələri bloklayan yeni funksiya hələ ki brauzerin beta-versiyasında mövcuddur.
Brauzerin yeni versiyasına quraşdırılmış funksiya brauzerin aşağı hissəsindəki menyu vasitəsilə zərərli məzmunun aşkar edilməsi haqqında xəbərdarlıq edəcək. Əksər hallarda hakerlər zərərli proqramı lazımi drayver və ya plaqin kimi təqdim edərək istifadəçiləri çaşdırmağa çalışırlar, lakin yeni təhlükəsizlik sistemi müvafiq xəbərdarlıq edərək yükləmə faylını bloklayacaq. (ictnews.az)