Fontu böyüt:
Facebook sosial şəbəkəsi bu günlərdə yeni xidmətini istifadəyə verib.
Xeberler.az-ın məlumatına görə, Facebook-un təklif etdiyi “gizli” xidmət vasitəsilə, istifadəçilər şəxsi məlumatlarını bildirmədən saytda “gizli” hərəkət edə biləcəklər.
Lakin bu xidmətdən cihazına Tor əlavəsini yükləyən şəxs istifadə edə biləcək. Facebook-un nəyə görə bu addımı atdığı hələlik bəlli deyil.
TOR 2002-ci ildə istifadəyə verilib. Layihənin məqsədi şəxsi məlumatları qorumaq, şəbəkənin nəzarətindən azad olmaqdır.
Mənbə: gazetevatan.com