Fontu böyüt:
Bu barədə «APA-ECONOMICS»ə Naxçıvan MR-nin rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov məlumat verib. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda NMR ilə telekommunikasiya əlaqələri İran üzərindən saxlanılır.
R.Məmmədovun sözlərinə görə, Türkiyə üzərindən yaradılacaq alternativ kanal gələn ilin əvvəlində hazır olacaq. Artıq bunun üçün bütün şəbəkənin ana xətti tikilib, tələb olunan avadanlıqların alınması üçün sifarişlər verilib.
Nazir bildirib ki, ötən il Naxçıvan MR ilə Türkiyə arasında yeraltı fiber optik kabel çəkilib. R.Məmmədov bu şəbəkə vasitəsilə Naxçıvanı tranzit regiona çevirməyi planlaşdırdıqlarını da söyləyib.
Mənbə: mincom.gov.az