Fontu böyüt:
İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov 9-10 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən “Kommunikasiya 2009” adlı tədbirdə iştirak edir. Tədbirə Türkiyə və bir sıra digər ölkələrin teleradio və internet provayder şirkətlərinin nümayəndələri qatılıblar.
Tədbirin açılışında çıxış edən Türkiyə baş nazirinin müavini Bülənt Arınc bildirib ki, televiziyanın və internetin uşaqlara neqativ təsirinin qarşısını almaq üçün əsaslı düşünülmüş siyasət aparmaq lazımdır.
Tədbir çərçivəsində TRT kanalının baş direktoru İbrahim Şahin və İctimai Televiziyanın (İTV) baş direktoru İsmayıl Ömərov rəhbərlik etdikləri kanalların fəaliyyəti və gələcək planlar ətrafında müzakirələr aparıblar.