Fontu böyüt:
Azqtel şirkəti 2009-cu ildə Azərbaycanda WiMax texnologiyası üzrə simsiz internet xidmətlərinin əhatə zonasını genişləndirmək niyyətindədir.
Gələn ilin birinci rübündə sonuncu istifadəçi üçün qoşulma sürəti saniyədə 10 meqabitədək təşkil edəcək.
“2009-cu ilin sonuna kimi biz ən azı Bakı ərazisini və onun ətrafını əhatə etməyi və Sumqayıta istiqamətlənməyi planlaşdırırıq”, - deyə şirkətdə bildiriblər.
Azqtel-in minimal tarif paketi 20 manat təşkil edir. Xidmətdən istifadə etmək üçün modem əldə etmək lazımdır. Son istifadəçi üçün birləşmə sürəti hələ ki saniyədə 1,5 meqabitə bərabərdir. Qeyd edək ki Wi-Max-ın tətbiqi üçün avadanlıq Cisco şirkəti tərəfindən təqdim olunub. www.abc.az
xeberler.az/Ellada