21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ULTRA şikətinin rəhbərliyi ilə Microsoft və Azerin şirkətlərinin də daxil olduğu konsorsium tərəfindən E-İmza layihəsinin son istifadəçilər üçün həllinin Pilot versiyasının təqdimatı keçirilib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində keçirilən təqdimat zamanı layihədə nəzərdə tutulmuş şəkildə fiziki və hüquqi şəxslər üçün e-İmza kartlarının hazırlanması və onlardan istifadə olunma qaydalarının (qeydiyyat prosesi, sənədlərin imzalanması və təqdim edilməsi, yoxlanılması) nümayişi keçirilib. Nümunı üçün e-İmza kardları çap olunaraq, ayrı-ayrı işçi senarilərilərinin imitasiyası həyata keçirilmişdir.
Beləliklə, e-İmza pilot layihəsinin uğurlu təqdimatını keçirən ULTRA şirkəti ölkə üçün zəruri olan e-İmza sistemini tam olaraq bu ilin oktyabrında istifadəyə verməyi planlaşdırır.
Qeyd edək ki, AR Rabitə və informasiya texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2008-ci ildə respublikada elektron imzanın tətbiqinin
əsas komponenti olan «Milli Açıq Açar» infrastrukturunun qurulması üzrə tenderinin qalibi ULTRA şirkətinin yaratdığı Microsoft və Azerin şirkətlərindən ibarət konsorsium elan edilmişdir.
Xatırladaq ki, Azərbaycanın aparıcı İT-şirkətlərdən biri olan ULTRA Şirkəti Azərbaycanda İntel, Microsoft, HP, Cisco Korporasiyalarının rəsmi tərəfdaşıdır. 10 ildir ki, fəaliyyət göstərən şirkət Elektron Hokümət həlləri təqdim etməklə ölkədə Elektron Təhsil, Elektron Sənəd dövriyyəsi, Elektron Məhkəmə layihələrini həyata keçirməkdədir. ULTRA Azərbaycanla yanaşı Orta Asiya və Şərqi Avropa ölkələrində də fəaliyyət göstərir.