İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Uşaqların təhlükəsizliyi ilə bağlı Treninq keçirilib

18.11.2011 [16:41]

Fontu böyüt:      

Bu gün Z. Əliyeva adına məktəbdə “Multimedia” Mərkəzi tərəfindən “İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması” mövzusunda Treninq keçirilib.
Bu gün Z. Əliyeva adına məktəbdə “Multimedia” Mərkəzi tərəfindən  “İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsi və uşaqlarda informasiya mədəniyyətinin formalaşması”  mövzusunda Treninq keçirilib.

Treninqdə 20 məktəb və liseyi təmsil edən 35-dək müəllim və valideynlər iştirak edib.

Multimedia Mərkəzinin direktoru, AİF in rəhbəri Osman Gündüz Mərkəz tərəfindən həyata keçirilən “Uşaqları zərərli informasiyalardan qorunmasında məktəbin , valideynlərin və  ictimai qurumların rolunun” artırılması Layihəsi haqqında məlumat verib. O , son dövrlərdə ölkədə İnternetin kifayət qədər sürətli inkişaf etdiyini, geniş zolaqlı İnternet istifadəçilərin sayının artdığını və evlərdə İnternetdən istifadənin çoxaldığını əsas gətirərək adı çəkilən mövzunun  kifayət qədər əhəmiyyətli olduğunu bildirib. Ölkədə, xüsusən də təhsil sistemində uşaqların təhlükəsizliyinin qorunması sahəsində mövcud vəziyyət haqqında da məlumat verib.

Qafqaz Universitetinin Baş müəllimi Etibar Seyidzadə və Barcamp-ın Layihə koordinatoru, AİF uzvü İlqar Mirzə mövzu ilə bağlı təqdimatlar ediblər.

Treninq  iştirakçılarına  İnternetdə və kompüterdə  işləyərkən uşaqların zərərli informasiyalardan qorunması və onlarda informasiya mədəniyyətinin formalaşması  ilə bağlı məlumatlar verilib və  praktiki nümunələr təqdim olunub. Müəllimlər və valideynlərə uşaqların zərərli informasiyalardan  qorunması sahəsində mövcud pullu və pulsuz proqramlar və onlardan istifadə qaydaları  haqqında məlumatlar verilib.

Treninqdə həmçinin mövzu ilə bağlı Təhsil Nazirliyinin nümayəndəsi Ramil Süleymanov, adı çəkilən məktəbin direktoru Məhəbbət Vəliyeva, məktəbin İKT üzrə direktor  müavini Aygün Əzizova, valideyn olaraq Treninqdə iştirak edən, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər müəllimlər çıxış ediblər. Treninq iştirakçılarının sualları cavablandırılıb.
Məlumat üçün bildiririk ki, adı çəkilən Layihə çərçivəsində ictimai müzakirələr təşkil etmək, mövcud problemlə bağlı yaradılan  www.netsafe.az İnternet resursunu təkmilləşdirmək, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı Tövsiyələr hazırlamaq nəzərdə tutulub.

Layihə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə və Təhsil Nazirliyi Təhsil sisteminin İnformasiyalaşdırılması idarəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar