Fontu böyüt:
Taciktelekom öz veb saytında Dağlıq Qarabağın Ermənistanın tərkibində göstərilməsinə dair səhvini Azərbaycanın bu ölkədəki səfirliyinin müdaxiləsindən sonra düzəldib.
Dağlıq Qarabağ Tacikistanın rabitə operatorunun saytında Ermənistanın tərkib hissəsi kimi göstərilib. Azərbaycanın bu ölkədəki səfirliyinin Tacikistanın Xarici işlər, Nəqliyyat və Kommunikasiya Nazirliyinə müraciətindən sonra səhv aradan qaldırılıb. Bu barədə Trend News-a Azərbaycan XİN-in mətbuat xidmətindən səfirliyə istinadən bildirilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.