Fontu böyüt:
2004-cü ildə universitet yoldaşları arasında ünsiyyət təmin etməsi məqsədi ilə qurulan Facebook gün keçdikcə ictimailəşmə şəbəkələrinin superi olur.
Microsoft, Google və Apple istifadəçilərinə gündəlik həyatlarında istifadə etmək üzrə bir çox proyekt təqdim etmək istəsə də Facebook hər şeyi qabaqlayır.
Forrester Araşdırma şirkətinin analitiki Jeremiah Owyang Facebook-un yüksəlişi haqqında bu cür şərh verib: “Onlar həqiqətən də ünsiyyət sahəsində ən böyük olmaq üçün hər şeyi etməyə hazırdırlar. Friend Feed-i satın almaq üçün xərclədikləri 50 milyon əslində təkmilləşmək üçün elə də böyük məbləğ deyil. Google-dən sonra Facebook məşhurluğuna görə ikincidir. 500 milyon istifadəçi sayını keçsə artıq qarşısında heç bir maneə qalmır”.